Bakıda qohumunun evini qarət edən şəxsin məhkəməsi başladı - "Oğru evdə araq içirdi"


Digərləri 03 Okt 2018 14:10:47 227 0

Bakıda qohumunun evini qarət edən şəxsin məhkəməsi başladı - "Oğru evdə araq içirdi"

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama münasibət bildirən A.Muxtarov özünü qismən təqsirli bilib və qeyd edib ki, evə basqın edərkən əlində silah olmayıb. Prosesdə ifadə verən zərərçəkmiş İlkin Əsgərov bildirib ki, qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib: “Gəlib gördüm ki, 800 manatdan çox pul və əşyalar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib”.