Bahar Muradova iddialara cavab verdi: "Qətiyyən belə deyil"


Digərləri 03 Okt 2018 11:41:00 276 0

Bahar Muradova iddialara cavab verdi: "Qətiyyən belə deyil"

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclası Milli Məclisin vitse-spikeri, komitə sədri Bahar Muradova açaraq İnsan hüquqları komitəsinin fəaliyyəti haqqında məlumat verib.

O qeyd edib ki, yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyəti qurumlara göndərilib: "Biz sənədlərin bir çoxunu aidiyyəti üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq".