Natavanla Tolik arasında gərginlik: "Daşım ağır olub"


Şou-biznes 03 Okt 2018 10:35:00 245 0

Natavanla Tolik arasında gərginlik: "Daşım ağır olub"

Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) söz savaşına çıxıblar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna Tolikin "Hər şey daxil" verilişində bioenergetikə Natavanla reper əri Dadonun ailə həyatı ilə bağlı verdiyi sual səbəb olub. Tolikin "Çoxları deyir Natavanla Dadonun nikahı saxtadır. Bu, belədirmi?" sualına türkiyəli ekstrasens "Evlilikləri saxta deyil. Amma aralarında çox ciddi sevgi bağlılığı yoxdur" cavabını verib.

Natavan Həbibi isə Tolikin sözlərinə İnstaqram səhifəsində "Bir detektiv tut, bizi araşdırsın" eyhamını vurub. Prodüser isə "Allah xoşbəxt eləsin. İstəməyən kor olsun" cavabını verib.


Xəbərə aid fotolar