Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda 5 rayonun sakinləri ilə görüşəcək


Digərləri 03 Okt 2018 09:51:39 236 0

Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda 5 rayonun sakinləri ilə görüşəcək

Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.