Avtobus qəzasında həlak olan 13 yaşlı Yusifin anası özünü öldürmək istədi


Digərləri 03 Okt 2018 09:22:00 231 0

Avtobus qəzasında həlak olan 13 yaşlı Yusifin anası özünü öldürmək istədi

Oktıyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində dünyasını dəyişən 7-ci sinif şagirdi Dadaşzadə Yusif Tahir oğlunun anası ötən gün intihara cəhd edib.

Məlumatı Son.az-a ölən şəxsin qonşuları veriblər. Yusifin anasının həyatını son anda yaxınları xilas edə biliblər.

Qeyd edək ki, avtobus ilə qatarın toqquşması nəticəsində 42 nəfər sərnişindən 33-ü yaralanıb, 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasını dəyişib.