Kanada rekord miqdarda qar yağdı


Dünya 03 Okt 2018 09:10:00 234 0

Kanada rekord miqdarda qar yağdı

Çərşənbə axşamı Kanadanın qərbində yerləşən Alberta əyalətinin Kalqari şəhərinə rekord miqdarda qar yağması nəticəsində 270-ə yaxın yol qəzası qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Calgary Herald" qəzeti yazıb.

Yerli polisin məlumatına görə, şəhərdə 267 qəza baş verib, 17 nəfər xəsarət alıb. Ölənlərin olması barədə məlumat yoxdur.