Ermənistan prezidenti 6 naziri istefaya göndərib


Dünya 03 Okt 2018 08:35:00 220 0

Ermənistan prezidenti 6 naziri istefaya göndərib

Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib.

Son.az Trend-ə istinadən bildirir ki, istefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryandır ("Daşnaksütun" partiyası).

Daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.