Bu tarixi şəxsiyyətlər dünyada da, axirətdə də...


Digərləri 02 Okt 2018 23:40:00 432 0

Bu tarixi şəxsiyyətlər dünyada da, axirətdə də...

O zaman ki, İmam Baqir (ə) imamət məqamına yetişir, İslam maarifinin inkişaf etməsi üçün müəyyən imkanlar meydana gəlir.

Şeyx Tusi İmam Baqirin (ə) 468 nəfər şagirdinin adını çəkmişdir ki, İslam maarifinin yayılmasında Həzrətə (ə) çox yardım etmişdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu şəxslərdən biri Muhəmməd ibni Müslim Səqəfi olmuşdur. O, İmam Baqirdən (ə) 3 min hədis öyrənmiş və Əhli-Beyt (ə) davamçıları üçün yadigar qoyub getmişdir.

Məsum İmamlarımız (ə) ona etimad edib, onu əmin insan adlandırmışdılar.

İmam Sadiq (ə) onu İmam Baqir (ə) məktəbinin dirçəldicisi adlandırmışdır.

Süleyman ibni Xalid bu haqda yazır: "İmam Sadiqdən (ə) eşitmişəm ki, buyururdu: "Zərarə, Əbu Bəsir, Muhəmməd ibni Müslim və Bərid ibni Əcəlinin savayı heç kəs atamın adını və sözlərini diri saxlamamışdır.