Alimlər Qiyamətdə şəfaətçilik edəcəklər


Digərləri 02 Okt 2018 22:50:00 200 0

Alimlər Qiyamətdə şəfaətçilik edəcəklər

Elmin axirətdəki fəziləti barəsində deyə bilərik ki, bu haqda çoxlu hədislərimiz vardır. Elm insana dünyada yardım etdiyi kimi, axirətdə də böyük yardımçısı olacaqdır.

İmam Baqir (ə) buyurur: "O alim ki, elmindən bəhrələnir, 70 min abiddən üstün və dəyərlidir".

Həzrət Peyğəmbər (s) buyurur: "O tələbə ki, hədəfi elm öyrənmək, dini və İslamı dirçəltmək olarsa, əgər təhsil alan zaman ölümü gəlib çatarsa onunla peyğəmbərlər arasında behişt məqamı ilə bağlı fasilə bir dərəcə qədər olacaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) alimin fəziləti barəsində uzun bir çatdırışın sonunda Uca Allahın bu xitabına işarə edir: "Ey mələklər! Bu bəndəmin başqalarına öyrətdiyi hər hərf və söz qarşılığında ona behişt bağlarında min-min saray, müxtəlif mənzillər hazır edin. Bu saraylara yaraşan hər bir neməti onlar üçün təmin edin".