Lənkəran çayının üzərindəki körpü qəzalı vəziyyətdədir VİDEO


Digərləri 02 Okt 2018 21:21:00 256 0

Lənkəran çayının üzərindəki körpü qəzalı vəziyyətdədir  VİDEO

Lənkəran rayonunun Şovu kəndində yaşayan bir neşə ailə Lənkəran çayının sol sahilindən sağ sahilinə keçməkdə çətinlik çəkir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kənddə bir neçə ailə çayin o tərəfində yaşayır. Onları birləşdirən isə təhlükəli vəziyyətdə olan bu körpüdür.

Ərazidə 30 il əvvəl kəndin əkin sahələrinə getməkdən ötrü qurulan asma körpü artıq ömrünü başa vurmaq üzrədir. Sakinlər deyirlər ki, dəmir tros və taxtadan olduğundan payız və qış aylarında körpü əsl təhlükə mənbəyinə çevrilir. Körpünün hündürlüyü 10 metr olsa da çaya sel gələndə gediş-gəlişdə problemlər yaradır.

Sakinlər deyir ki, keçən il çaya gələn sel əvvəlki körpünü dağıdaraq yarasız hala salıb. Sakinlər də öz vəsaitirləri ilə bu körpünü yenidən bərpa edə biliblər.