Qusarda su anbarı yararsız vəziyyətə düşüb VİDEO


Digərləri 02 Okt 2018 21:24:00 266 0

Qusarda su anbarı yararsız vəziyyətə düşüb  VİDEO

Qusarda su anbarını lil və qamış bürüdüyündən yararsız vəziyyətə düşüb. Anbar təmizlənməsi üçün 5 ay əvvəl qurudulsa da, hələ də əvvəlki vəziyyətində qalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qusarın Urva kəndində içməli su, yaxınlıqdakı kanal vasitəsi ilə anbara yığılır və qış aylarında istifadə edilir. Lakin bir ildən artıqdır ki, anbarı lil və qamış bürüdüyündən yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma heç bir nəticə olmayıb.

Su anbarının nəzarətçisi bildirir ki, ona anbarın qurudulması barədə göstəriş verilib, lakin təmizlənməsi üçün texnika göndərilməyib.