Əmlak idarəçiliyindəki yeniliklər müzakirə edilib VİDEO


Digərləri 02 Okt 2018 21:16:00 217 0

Əmlak idarəçiliyindəki yeniliklər müzakirə edilib  VİDEO

"Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar" mövzusunda ictimai dialoq təşkil olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tədbirdə bildirilib ki, dəyişikliklər sırasında fərdi yaşayış evlərinin qeydiyyatının sadələşdirilməsi, əvvəllər qeydiyyat üçün əsas hesab edilməyən aktların, qərarların hüquqi qüvvəyə minməsi bu sahədə dinamikliyi artırıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki,vətəndaş məmnuniyyəti və bütün xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində iş aparılır.

Tədbirin əsas məqsədlərindən biri vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin qurulması, fəaliyyətlərlə bağlı ictimai müzakirələrin aparılması, o cümlədən daşınmaz əmlak sahəsi ilə əlaqədar həmin institutların, aparıcı alim və mütəxəssislərin tövsiyələrinin toplanması və birgə ideya bankının yaradılmasıdır.