Naftalan, Goranboy, Siyəzən və Xızıda oğurluq edənlər yaxalandı VİDEO


Digərləri 02 Okt 2018 21:17:00 271 0

Naftalan, Goranboy, Siyəzən və Xızıda oğurluq edənlər yaxalandı  VİDEO

Naftalan və Goranboyda oğurluq edən həmyerlilər tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Naftalan polisinin keçirdiyi əməliyyat zamanı ələ keçən 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov əvvəlcə yaşadıqları Goranboyda, daha sonra Naftalanda mənzilləri qarət ediblər.

Ruslan Əsgərov Goranboyun Balakürd kəndində yaşayan bibisinin evində kimsənin olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olduğu barədə dostuna danışdıqdan sonra onlar birgə hərəkətə keçiblər.

Onlar evdən 15 min manatlıq qızıl-zinət əşyaları, 1500 manat nağd pul götürüblər.

Həmçinin Naftalandakı mənzillərdən də qızıl zinət əşyaları və pul oğurlayıblar.

Xızıda isə heyvan oğrusu ələ keçib. Saxlanılan Mirəli Adıyev bu ilin iyul-sentyabr ayları ərzində rayonun bir neçə kəndində 70-ə yaxın heyvan oğurlayıb.

Məlum olub ki, o, bənzər hadisəni Siyəzən rayonunda da törədib. Əvvəllər məhkum olunmuş Mirəli Adıyevin başqa oğurluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin: