Ən güclü təbii antibiotiklər


Digərləri 02 Okt 2018 21:05:00 231 0

Ən güclü təbii antibiotiklər

Antibiotiklərdən tez-tez istifadə nəticəsində mikrobların onlara qarşı davamlılığı formalaşıb ki, bu da tibdə ciddi problem kimi qiymətləndirilir.

Bu səbəbdən həkimlər antibiotiklərdən yalnız zəruri hallarda istifadə etməyə çağırır. Adi soyuqdəymə, qripp, virus infeksiyaları, öskürək zamanı antibiotiklərdən deyil, təbii vasitələrdən istifadə etmək lazımdır.

Son.az saglamolun.az-a istinadən güclü mikrob və virus əleyhinə təsirə malik olan təbii vasitələrlə tanış edir.

1. Sarımsaq

Təbii antibiotiklər arasında lider sayıla bilər.

Sarımsağın tərkibində olan güclü mikrobəleyhinə maddə allisin bir çox mikrobları öldürmək, onların çoxalmasını ləngitmək xüsusiyyətə malikdir.

Mütəxəssislər sarımsağı sinusitlər, boğaz iltihabı, qripp, bağırsaq infeksiyaları zamanı istifadə etməyi tövsiyə edirlər.

Həmçinin sarımsaq profilaktik vasitə kimi də istidə oluna bilər. Mütəxəssislər soyuq fəsillərdə hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər.

İstehlak etdikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır. Bu onun faydasını artırır.  

2. Soğan

Soğan da allisin və fitonsidlərlə zəngindir. Soğan ağciyər və həzm sistemində patogen mikrobları öldürür, nəfəs yollarını selikdən təmizləyir.

Soğandan çox faydalı sirop hazırlamaq olar. 1 soğanı xırda-xırda doğrayın, 1 ç.q. bal əlavə edin, isti yerdə saxlayın. Səhər şirəni süzün.

3. Quşüzümü

Quşüzümü sidik yolları infeksiyaları zamanı effektlidir.

4. Reyhan

Reyhan həzm sistemində, boğazda bakteriyaları öldürür.

Həmçinin reyhan bağırsaqlarda qurdları da öldürür.

5. Propolis