Nigar Camaldan sevgi ETİRAFI: "Hiss edəndə ki, arada sevgi yoxdur, o dəqiqə onunla əlaqəmi kəsirəm" FOTO


Şou-biznes 02 Okt 2018 21:05:00 323 0

Nigar Camaldan sevgi ETİRAFI: "Hiss edəndə ki, arada sevgi yoxdur, o dəqiqə onunla əlaqəmi kəsirəm"  FOTO

Müğənni Nigar Camalın Son.az-a müsahibəsi.

- Nigar xanım, son illər sizi filmlərdə aktrisa kimi də görürük. Özünüzü bir aktrisa kimi bəyənirsiniz?

- Çəkildiyim filmlərə sonradan baxanda deyirəm ki, kaş bu yerini belə oynamazdım, daha canlı oynayardım. Bəzən özümü bəyənirəm, bəzən yox.

- Dünya şöhrətli Cennifer Lopezə bənzəyirsiniz. Həm xarici görünüşcə, həm də o da sizin kimi müğənni ola-ola filmlərə çəkilir. Filmlərini izləmisiniz?

- Onun bütün filmlərini izləmişəm. Düşünürəm ki, müğənni kimi daha güclüdür. Amma aktrisa kimi də bəyənirəm.

- Özünüzü tənqid edirsiniz?

- Mən hər dəfə özümə tənqidi yanaşıram. Hətta güzgüyə də baxanda üzümdə nəsə tapa bilirəm (gülür). İnsan özündə səhvlər görəndə o səhvləri düzəldir.

- Maraqlıdır, filmə çəkiləndə yüksək qonorar deyirsiniz?

- Bu sadəcə simvolik qonorar olur. Mənə əslində iş prossesi həmişə maraqlı olur. Həm də axı bir tək "Kəklikotu" filmində rol almışam.

- Oxuduğunuz hansı mahnınızı sevmirsiniz?

"Kəpənəklər" mahnımı heç xoşlamıram. Mənim bu stildə mahnılar xoşuma gəlmir.

- Böyük komanda ilə çalışırsınız?

- Deyə bilmərəm ki, böyük komanda ilə çalışıram. Sadəcə olaraq yaxın insanlarım mənim yanımdadır. İnsanlara çox inanmıram.

- Olmaya insanlardan çox xəyanət görmüsünüz?


Xəbərə aid fotolar