İtirilmiş sənədlər sahiblərinə qaytarılır "Poçtap" sistemi


Digərləri 02 Okt 2018 20:52:00 240 0

İtirilmiş sənədlər sahiblərinə qaytarılır  "Poçtap" sistemi

"Azərpoçt" MMC-nin "Poçtap" sisitemində 1000 itirilmiş sənəd qeydiyyatdan keçib.

Son.az bildirir ki, bu barədə Trend-ə "Azərpoçt"dan bildirilib. Həmin sənədlərdən 329-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 671-i müvafiq strukturlara verilib, 5-i isə hələki "Azərpoçt"un şöbə və filiallarındadır.

"Pochtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.