Xərçəngi necə aldatmaq olar?


Digərləri 02 Okt 2018 20:12:00 230 0

Xərçəngi necə aldatmaq olar?

Xəbər verdiyimiz kimi, bu il tibb üzrə Nobel mükafatı T-hüceyrələrindən istifadə etməklə xərçəng xəstəliklərinin inqilabi immunoterapiya metodu ilə (xərçəngə qarşı bədənin özünü təbii yolla müdafiəsi) müalicə üsuluna görə amerikalı Ceyms Allison və yaponiyalı Tasuku Xondzyoya verildi.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nobel komitəsinin qərarında bildirilir ki, hər iki laureatın böyük kəşfi xərçənglə mübarizədə dönüş nöqtəsi olub. Allison və Xondzyo tərəfindən hazırlanan müalicə metodu xərçəngin inkişaf etdiyi bəzi xəstələrdə nəticələri köklü şəkildə dəyişə bilib. 

Xərçəngi necə aldatmaq olar ?

Adətən bizim immun sistemimiz müstəqil şəkildə orqanizmdəki mutasiyaya məruz qalmış hüceyrələri tapır, çoxalmağa imkan vermədən onları parçalayır. Lakin xərçəng hüceyrələri bu təbii müdafiəni yarmağın yolunu tapa biliblər. Nəticədə şişlər sürətlə böyüməyə başlayır. 

Allison və Xondzyo isə xərçəng hüceyrələrini "aldadaraq" onların immun reaksiyanı bloklamasına imkan verməməyin yolunu öyrəniblər. Bu, müalicədə əsl inqilab yaradaraq yeni nəsil dərman preparatlarının əsasını təşkil edib. 

Həmin dərman preparatlarının yan təsirləri az olmasa da, onlar onkologiya ilə mübarizədə effektivliklərini sübut ediblər. Bəzən əvvəllər müalicəsi mümkün olmayan xərçəngin son mərhələsində olan xəstələri də artıq sağaltmaq mümkün olur.