Amansız xəstəlik yayılıb,


Dünya 02 Okt 2018 19:44:00 279 0

Amansız xəstəlik yayılıb,

Çində yoluxucu xəstəlikdən minlərlə insan ölüb. 

Son.az Sputnik-ə istinadla xəbər verir ki, Çində cari ilin avqust ayından bu günə qədər 706372 nəfərdə yoluxucu xəstəlik aşkar edilib və onlardan 1983-ü dünyasını dəyişib.

"Şinjua" agentliyinin məlumatına görə, keçən ay yoluxucu xəstəliklər A, B və C olaraq sinifləndirilib. A qrupunda xolera, tüberküloz, hepatit, bel soyuqlaması, B qrupunda qulaqdibi, ağız, ayaq və əldə yaranan sap xəstəliyi (yaralar), C qrupunda yoluxucu ishal xəstəlikləri təsnifləndirilib.