Xərçəng olmaq istəməyən bu qidalardan yesin


Digərləri 02 Okt 2018 19:24:00 232 0

Xərçəng olmaq istəməyən bu qidalardan yesin

Dünyada 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Araşdırmalara görə, düzgün qidalanmaqla xərçəng riskini 30 faiz aşağı salmaq mümkündür.

Son.az metbuat.az-a imediasına istinadən bildirir ki, məşhur dietoloq Mərvə Sehlikoğlu süd vəzi xərçəngindən qoruyan qidaların siyahısını açıqlayıb.

Siyahının başında paxlalılar gəlir. Xərçəngdən qorunmaq üçün bədən normal çəkidə olmalıdır. Mərcimək, quru lobya, noxud kimi paxlalı bitkilər qan şəkərini normada saxladığından toxluq müddətini uzadaraq çəkiyə nəzarət etməyə kömək olur.

Araşdırmalar sarımsağın immuniteti gücləndirdiyini və xərçəngdən qoruduğunu sübut edib. Sarımsağı çiy olaraq yemək tövsiyə edilir.