Prokuror Almaniya vətəndaşının 6,5 milyon manatını mənimsəyən şəxsə 10 il cəza istədi


Digərləri 02 Okt 2018 16:52:00 240 0

Prokuror Almaniya vətəndaşının 6,5 milyon manatını mənimsəyən şəxsə 10 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə iş istəyib.

Dövlət ittihamçısı çıxışında zərərçəkmişə dəymiş 6 milyon 540 min manatdan 3 milyon 70 min manat ödənildiyini bildirib. O, Ə.Yusifovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.