Prokuror Sarayda qohumunu yumruqla öldürən şəxsə ağır cəza istədi


Digərləri 02 Okt 2018 15:48:00 236 0

Prokuror Sarayda qohumunu yumruqla öldürən şəxsə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı V.Hüseynovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 9-dək təxirə salınıb.

İttihama görə, bu il Abşeron rayonunun Saray qəsəbəsində V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.