Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş keçirilib


Digərləri 02 Okt 2018 13:59:04 219 0

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş keçirilib

Azərbaycanın Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.

Bakı. Azərbaycanın Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub. Trend-in məlumatına görə, tədbir Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub. Azərbaycan tərəfini Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun rəisi Hüseyn Məsumovun rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.