Türkiyədə xüsusi əməliyyat: bu dəfə 140 kq-dan çox heroin müsadirə olundu


Digərləri 02 Okt 2018 09:53:50 216 0

Türkiyədə xüsusi əməliyyat: bu dəfə 140 kq-dan çox heroin müsadirə olundu

Xüsusi əməliyyat nəticəsində 141 kiloqram heroin müsadirə olunub.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin cənub-şərqində, Van vilayətində aparılmış xüsusi əməliyyat nəticəsində 141 kiloqram heroin müsadirə olunub. Trend-in məlumatına görə, əməliyyat zamanı bir nəfər saxlanılıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir. Həmçinin araşdırma zamanı saxlanılan şəxsin PKK terror təşkilatı ilə sıx əlaqəsi olduğu məlum olub.