ABŞdan Türkiyə ilə bağlı “F35” açıqlaması


Dünya 02 Okt 2018 09:26:00 218 0

ABŞdan Türkiyə ilə bağlı “F35” açıqlaması

ABŞ gələn il martında Türkiyəyə daha iki ədəd "F-35" təyyarəsi təhvil verməyi planlaşdırır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "F-35" layihəsinin direktoru vitse-admiral Met Uinter məlumat verib.

O, Türkiyəyə 100 təyyarənin təhvil verilməsi ilə bağlı müqavilədə heç bir dəyişiklik olmadığını, razılaşma üzrə çalışmaların davam etdiyini qeyd edib.