Bu sistem siqaret çəkənləri aşkarlayacaq VİDEO


Digərləri 02 Okt 2018 08:25:00 249 0

Bu sistem siqaret çəkənləri aşkarlayacaq  VİDEO

"Microsoft" korporasiyası "Shell" neft şirkəti ilə birgə yanacaqdoldurma stansiyalarında qayda-qanuna nəzarət edəcək neyroşəbəkə təqdim edib. Məsələn, sistem yanacaqdoldurma məntəqələrində siqaret çəkənləri aşkarlayacaq.  

Son.az ICTnews-a istinadən bildirir ki, belə süni intellektin yaradılmasına maraq onunla əlaqədardır ki, yanacaqdoldurma stansiyalarında siqaretin çəkilməsi ciddi yanğına səbəb ola bilər. "Microsoft" neyroşəbəkəsi məhz belə mənfi hallarla mübarizə aparacaq.

Məlumata görə, sistem müşahidə kameralarına qoşularaq kadrda siqaretin və ya siqaret çəkən şəxsin görünməsini izləyəcək. Obyekt aşkarlanan zaman neyroşəbəkə təhlükəsizlik xidmətinə bu barədə məlumat verəcək.