ABŞda təyyarə qəzası baş verib


Dünya 02 Okt 2018 08:14:00 218 0

ABŞda təyyarə qəzası baş verib

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Kaliforniya ştatında, La-Vern şəhərində qeydə alınıb.

Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb. Hələlik ölən və yaralananların olub-olmaması barədə məlumat verilmir.