At arabasının altında qalaraq ağır xəsarətlər alıb


Digərləri 01 Okt 2018 23:48:00 243 0

At arabasının altında qalaraq ağır xəsarətlər alıb

Hacıqabul rayonunda 42 yaşlı kişi at arabasının aşması nəticəsində ağır xəsarətlər alıb.

Son.az "report"-a istinadən bildirir ki, axşam saatlarında Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Zeynalov Nuhbala Vahid oğlu idarə etdiyi at arabasını aşırıb. Nəticədə o, arabanın altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıda onurğa sınığı və digər çoxsaylı sınıqlar aşkar olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.