"Biz hamımız avro ilə bağlıyıq və onu qorumaq üçün..."


Dünya 01 Okt 2018 23:27:00 268 0

"Biz hamımız avro ilə bağlıyıq və onu qorumaq üçün..."

İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropanın İqtisadiyyat və Maliyyə Nazirləri Şurasının (Avroqrup) rəhbəri Mario Senteno Şuranın iclasından sonra bildirib.

M.Senteno deyib: "İraliyadakı vəziyyət bu günün gündəliyində deyildi, lakin İtaliya hökumətinin bu yaxınlardakı bəyanatları onun büdcə istiqaməti ilə bağlı narahatlıq doğurub... Biz hamımız avro ilə bağlıyıq və onu qorumaq üçün güclü siyasətə ehtiyacımız var. İtaliya hökuməti onun etibarlı və davamlı büdcə planının olduğunu göstərməlidir".