Həkimlərdən alkoqolla bağlı çağırış: "Reseptlə satılsın"


Digərləri 01 Okt 2018 22:26:00 222 0

Həkimlərdən alkoqolla bağlı çağırış: "Reseptlə satılsın"

Kembric universitetinin nümayəndələri Səhiyyə təşkilatını spirtli içkiləri narkotika hesab edərək, reseptlə satılmasını hüquqi şəkildə qanuniləşdirməyə səsləyib.

Mili.Az yenicag.az-a istinadən xəbər verir ki, alimlər spirtli içkinin heroindən təhlükəli olduğunu və hər il ondan daha çox insanın öldüyünü bildirib.

"Alkoqol tütün, heroin, xəşişin birlikdə təsirindən daha güclüdür. Spirtli içki asta-asta, zamanla öldürür və çox xəstəliklər onun təsirindən yaranır. Bura həmçinin qəzalar, travmalar, zəhərlənmələr və bunlardan ölüm faktları da aiddir" - deyə alimlər yazır.