Dünyanın ən yaxşı universitetlərinin adı açıqlanıb


Digərləri 01 Okt 2018 22:14:00 233 0

Dünyanın ən yaxşı universitetlərinin adı açıqlanıb

İngiltərənin "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin adını açıqlayıb. Sıralamaya 500 universitet daxildir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahı hazırlanarkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlirləri və ötən ilki siyahıda sıralaması nəzərə alınıb.

Siyahıda Böyük Britaniya, ABŞ və Yaponiyadan sonra ən çox ali təhsil müəssisəsi olan Çin yer alıb. Ümumilikdə siyahıya Çindən 72 universitet daxil edilib.