Alt paltarında klip çəkdirən qırğız müğənnini ölümlə hədələyirlər


Şou-biznes 01 Okt 2018 20:48:00 291 0

Alt paltarında klip çəkdirən qırğız müğənnini ölümlə hədələyirlər

Qırğızıstanda alt paltarı ilə klip çəkdirən 19 yaşlı pop müğənnisi Zere Asilbek ölümlə hədələnir, ölkə.az xəbər verir. 

Son.az bildirir ki, mahnının mövzusu cinsi ayrı-seçkilikdir və əsər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Zere bir çox insan tərəfindən əxlaqsızlıqda və ölkənin gənc qızlarına pis nümunə olmaqda ittiham edilib. Bununla yanaşı, Aslibekə dəstək olanlar da tapılıb.

Mahnıda "Bizi bizim azadlığımız yaradacaq. Bir gün gələcək mənə nə geyinmək lazım olduğunu söyləməyəcək" cümlələri var. Zere mahnı haqqında deyib:

"Mahnı qadınlar və ümumi olaraq insanlar haqqındadır. Heç kəs tərəfindən ittiham edilmədən, heç kəsi ittiham etmədən istədiyini etmək, istədiyini geyinməklə bağlıdır. Bütün reaksiyaları müsbət qarşılayıram. Çünki bu müzakirə başlamalı idi".