İnsanları restoranlara cəlb etmək üçün bu yollardan istifadə etdilər


Digərləri 01 Okt 2018 20:12:00 294 0

İnsanları restoranlara cəlb etmək üçün bu yollardan istifadə etdilər

İnsanlar adətən nəsə qeyri-adi bir şey görməyə can atır. Bu səbəbdəndir ki, bəzi restoratorlar qonaqlarını müxtəlif yollarla təəccübləndirməyə çalışır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı maraqlı kafe adlarına dair süjet hazırlayıb.

Müştəriləri cəlb etmək üçün maraqlı kafe və restoran adlarının seçilməsi həmişə olub. Lakin elə yerlər də da var ki, öz qəribə adı ilə seçilir, elə Şəkinin mərkəzində yerləşən "Yedin, dur!" kafesi kimi.

Ələddin Əndəlifov - Müştəri: "Yeyib durmalısan ki, başqası da gəlib otursun".

Adətən restoranlar müştərilərinin daha çox sifariş üçün daha çox oturmasını istəsə də, "Yedin dur" kafe əksinə, müştəriləri tələsməyə səsləyir. Amma bu qaça-qaçın yaşandığı yeganə restoran deyil.

"Bu gün pullu, sabah pulsuz" istirahət yerində də tələsirsən. Bu gün dincəlib hesabı ödəyənlər, sabah havayı kef edəcəyini düşünərək, səbirsizlənir.


Xəbərə aid fotolar