Sevgilisinə masajçı ilə xəyanət etdi


Digərləri 01 Okt 2018 20:16:00 251 0

Sevgilisinə masajçı ilə xəyanət etdi

Məşhur müğənni Zayn Malik sevgilisi Cici Hadiddən ayrıldığı vaxt masajçı ilə bir gecəlik münasibət qurub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Enrika Petronqari adlı masajçı qadın Zayn Malinin ondan istifadə etdiyini bildirib. Enrika əvvəllər rəqqas olub. O, bildirib ki, Zayn Cicidən ayrıldıqdan iki həftə sonra Malik onu evinə çağırıb və gecəni birlikdə keçiriblər.

Enrika baş verənləri belə izah edib:

"Malikin köməkçisi mənə zəng etdi və bir gecəlik sifariş verdi. Zaynı görənə qədər müştərinin o olduğunu bilmirdim. Onu masaj edəndə Malik əlimi tutdu və onun yanında rahat ola biləcəyimi söylədi. Onun çox gözəl bədəni var idi. Bir müddət sonra masajı vecinə almadığını dedi. Mənə komplimentlər söylədi. Amma hər şey baş verdikdən sonra məndən istifadə etdiyini anladım".


Xəbərə aid fotolar