Paşinyan yalnız indi seçki keçirərsə... –


Dünya 01 Okt 2018 19:52:00 248 0

Paşinyan yalnız indi seçki keçirərsə... –

Nikol Paşinyanın reytinqi maksimum həddə çatıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.

"Növbədənkənar seçkinin keçirilməsi üçün geniş sosial dəstək var. Bunu İrəvan Şəhər Şurasına keçirilən seçkinin nəticələri də sübut etdi. Əgər İrəvanın daxilindəki vəziyyəti rayonlarla müqayisəli analiz etsək, o zaman elə də böyük fərq görmərik.

Hazırda əsas problem siyasi mənsubiyyətlə bağlıdır. Respublikaçılar Partiyası kompromisə getməyə maraqlı deyil. Üstəlik, Çiçəklənən Ermənistan Partiyasıyla da hökumət problemlər yaşayacaq. Paşinyanın Şəhər Şurasına keçirilən seçkidə topladığı 82%-lik səs maksimumdur və bundan sonrakı dönəmdə onun reytinqinin artması çətin olacaq. Bu, müəyyən müddət bu cür qalacaq və sonradan azalacaq. Ona görə də doğru seçim seçkini indi keçirməkdir", - deyə o bildirib.