Direktor olmaq istəyənlər üçün müsabiqənin ikinci mərhələsinə başlanılır


Digərləri 01 Okt 2018 17:56:00 211 0

Direktor olmaq istəyənlər üçün müsabiqənin ikinci mərhələsinə başlanılır

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, ikinci mərhələ oktyabrın 13-də S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək.

Müsabiqənin ikinci mərhələsi ilə bağlı əlavə məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsi ilə məlumat veriləcək.

İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək.