Binədəki qəza ilə əlaqədar BNA-nın məsul şəxsləri hadisə yerindədirlər


Digərləri 01 Okt 2018 15:20:00 284 0

Binədəki qəza ilə əlaqədar BNA-nın məsul şəxsləri hadisə yerindədirlər

Bakı Nəqliyyat Agentliyi avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, 01.10.2018-ci il tarixində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.