Sumqayıtda icazəsiz balıq ovlayan şəxslər saxlanılıb


Digərləri 01 Okt 2018 14:40:00 259 0

Sumqayıtda icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxslərin Sumqayıt şəhər sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu müəyyən edilib, onlardan balıq və ov alətləri götürülüb.