14 yaşında əsl atasının kim olduğunu öyrəndi


Digərləri 01 Okt 2018 14:30:06 275 0

14 yaşında əsl atasının kim olduğunu öyrəndi

14 yaşında əsl atasının kimliyini öyrənən Rusiya vətəndaşı olan 2 uşaq anası Vneqredova Nəzakət 29 ildən sonra atasına qovuşmaq üçün "Səni axtarıram"a gəlib.

Son.az xəbər verir ki, 43 yaşlı qadın aldığı xəbərlə həyatının şokunu yaşayıb. Belə ki, Nəzakətin görüşünə atasının ilk ailəsindən olan bacısı gəlib. Rusiyadan atasını tapmağa gələn qadına atasının öldüyü xəbəri verilib. Nəzakət canlı yayımda gözyaşlarını saxlaya bilməyib.

Məlumat üçün bildirək ki, Nəzakətin atası Bakıda ailəli ola-ola Rusiyaya gedərək Mariya adlı qadınla eşq yaşayıb, evlənib. Bu sevgidən Nəzakət doğulub.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar