“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)


Digərləri 01 Okt 2018 14:01:13 238 0

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bakı. Sentyabrın 29-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Birlikdən Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub. Təlim zamanı uşaqlara ilin fəsilləri və xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin uşaqlar ağacların ilin fəsillərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olublar. Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, o cümlədən müxtəlif ağac yarpaqlarından kiçik “sənət əsərləri” düzəldiblər. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə onlara IDEA İctimai Birliyinin ağacların əkilmə qaydalarından bəhs edən bukletləri paylanılıb. Sonda “kiçik ekoloqlar”la birgə ağaclar əkilib və bitkilərə qulluq göstərilib.