Rusiyanın Suriyadakı itkilərinin sayı açıqlandı


Dünya 01 Okt 2018 13:10:00 283 0

Rusiyanın Suriyadakı itkilərinin sayı açıqlandı

Suriyadakı hərbi əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Bondarev bildirib.

Moskvanın Suriyadakı əməliyyatlarda iştirakının 3-cü ildönümü ilə bağlı danışan komitə sədri keçmiş sovet ordusunun Əfqanıstandakı itkiləri ilə Rusiyanın itkilərini müqayisə edib. Onun sözlərinə görə, Əfqanıstanda müharibədə iştirak etdiyi ilk 3 ildə sovet ordusunun 4,8 min hərbçi həlak olmuş, azı 60 tank, 400-ə yaxın zirehli döyüş maşını, piyadaların zirehli maşını və zirehli kəşfiyyat maşını, 15 təyyarə, 97 helikopteri məhv edilmişdi: "Ancaq bizim Silahlı Qüvvələr Suriyadakı hərbi əməliyyatlarda 112 hərbçi, 8 təyyarə, 7 helikopter, təxminən 1-2 zirehli döyüş maşını itirib".