Göyçayda “Bakcell”in yeni rəsmi diler mağazası açıldı


Digərləri 01 Okt 2018 13:09:19 474 0

Göyçayda “Bakcell”in yeni rəsmi diler mağazası açıldı

Göyçayın mərkəzində, Heydər Əliyev küçəsində “Bakcell”in yeni rəsmi diler mağazası istifadəyə verilib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti, təklif etdiyi yüksək keyfiyyətli xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu fəaliyyətin davamı olaraq Göyçayın mərkəzində, Heydər Əliyev küçəsində “Bakcell”in yeni rəsmi diler mağazası istifadəyə verilib. Tam yeni konsepsiya əsasında qurulmuş müasir satış mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Göyçay sakinləri yeni diler mağazasında “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər. “Bakcell özünün ən innovativ məhsul və xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün əlindən gələni edir. Bu bölgələr sırasında Göyçay da xüsusi yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Onlardan biri Göyçay rayonudur. Hazırda rayon mərkəzində bizim 4G xidmətimiz var və bu xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edirik. İnanırıq ki, yeni diler mağazamızın açılışı Göyçay sakinləri üçün faydalı olacaq”, - deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.