Qalmaqallı “Kelebek”dəki namizədlərimiz


Digərləri 01 Okt 2018 12:02:00 211 0

Qalmaqallı “Kelebek”dəki namizədlərimiz

46-cı dəfə təşkil olunacaq "Altın Kelebek"ə sayılı günlər qalıb. 

Türkiyənin ən nüfuzlu mükafat gecəsinə müraciətlər oktyabrın 5-dək davam edəcək. Televiziya, musiqi platformasının "ən yaxşılar"ı xalqın ixtiyarına verilib.  

Onlayn səsvermədə 38 nominasiya üzrə qalib seçiləcək. Tədbirin rəsmi saytında 37 nominasiya üzrə yarışanların adı qeyd olunsa da,  "Azərbaycanda ilin qadın müğənnisi" bölməsi boş qalıb. 

Bu, həmin nominasiyanın ləğv olunması barədə şayiələrin yayılmasına gətirib çıxarıb. Lakin iddiaların əsassız olduğu, Azərbaycan nümayəndələrin də bu il mükafat gecəsində iştirak edəcəyi təsdiqlənib.

Son.az bildirir ki, qafqazinfo "Altın Kelebek"lə bağlı bəzi detalları ortaya çıxarıb. Belə ki, bu il gecə üçün 8 məşhur namizəd müəyyənləşdirilib. Lakin onlardan cəmi 4 sənətçinin adı məlum olub.


Xəbərə aid fotolar