Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ kayihəsi təqdim olunub FOTO


Digərləri 30 Sen 2018 21:16:00 338 0

Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ kayihəsi təqdim olunub  FOTO

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divar" ictimai incəsənət layihəsi təqdim olunub.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan 27-30 sentyabr tarixlərində reallaşır.

Son.az Trend-ə istinadən bildirir ki, layihədə 10-a yaxın yerli və xarici rəssam iştirak edib və "Urban Street Art" (şəhər mühitində incəsənət) janrında binanın divarları üzərində əsərlər yaradıblar. Onların arasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamlar var.

Urban-art şəhər məkanına, həyatına və mədəniyyətinə aid incəsənət növüdür. Urban-art üslubunda şəhər peyzajlarına xüsusi məhəbbət bəsləyən bir çox müasir rəssam, dizayner və hətta rejissor işləyir. Şəhər insanı heç də ruhu ovsunlayan təbiət gözəlliyi, tarixi məkanlar və landşaftdan az cəzb etmir. Çox vaxt urban-art özündə strit-art və qrafit elementlərini əks etdirir, bununla da bizi şəhər arxitekturası və şəhər üslubunun tematikası ilə ilhamlandırır, bir çox vizual incəsənət formalarını ümumiləşdirir.