Keyfiyyətli quru meyvələr necə olmalıdır?


Digərləri 30 Sen 2018 21:05:00 256 0

Keyfiyyətli quru meyvələr necə olmalıdır?

Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Məhsul hermetik qablaşdırmadadırsa, ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.

Son.az foodinfo.az-a istinadən bildirir ki, quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır, bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.