Skripal casusluğa belə başlayıb – görünməz


Digərləri 30 Sen 2018 20:51:00 203 0

Skripal casusluğa belə başlayıb – görünməz

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) eks-polkovniki Sergey Skripal haqda çıxarılmış Mark Urbanın yeni kitabında maraqlı faktlar öz əksini tapıb.

Son.az modern.az-a istinadən bildirir ki, kitabda Skripalın Britaniya kəşfiyyatına iki dəfə görünməz mürəkkəblə məlumat ötürdüyü qeyd edilib.

Birinci dəfə bu hadisə Sergey Skripalın həyat yoldaşı Lüdmila qızı Yuliya ilə Alikantedə (İspaniyada şəhər) istirahət zamanı olub. Bu vaxt Lüdmila Sergeyin "köhnə dostuna" ondan kitab hədiyyə edib.

Bu "köhnə dost" Britaniya kəşfiyyatının əməkdaşı Riçard Beqnell idi. Müəllifin bildirdiyi kimi bu, içərisində görünməz mürəkkəblə qeydlər olan rus yazarın romanı olub.

Müəllif Skripalın "hədiyyəni" ikinci dəfə də öz arvadı Lüdmila vasitəsi ilə Malaqada (İspaniya) verdiyini bildirir.

Bütün bunlarla yanaşı, Urban Skripalın ona bu hadisələrdə arvadı Lüdmilanın heç nədən xəbər olmadığını da qeyd edir.

Kitabda bunlarla bərabər onun müəllifə öz həyatı barədə danışdığı bəzi məqamlarda yer alıb.

Skripal SSRİ dövründə xidmətə başladığından ittifaq dağıldığı zaman ölkəsinə qayıdır və sosialist andı olduğu üçün yeni demokratlara xidmət etmək istəmədiyini bildirir. Və buna görə QRU-ya istefa ərizəsi ilə gedir. Lakin "həmin an çox adamın artıq batan gəmini tərk etdiyi üçün" onun istefası qəbul olunmur.

Hələ ittifaq dövründə xaricdə xidmət aparan Skripal Rusiyada yaşamaq istəmədiyini bildirib.

"Mən hər zaman Rusiyadan kənarda həyat istəmişəm" - sabiq polkovnik qeyd edir.


Xəbərə aid fotolar