İki Şeyxülislam bir arada Allahşükür Paşazadənin


Digərləri 30 Sen 2018 20:53:00 409 0

İki Şeyxülislam bir arada  Allahşükür Paşazadənin

Sovet Azərbaycanı qırmızı bayraqların təntənəli keçidinə qərq olarkən ictimai həyatın uzaq küncünə sıxışdırılmış Qafqaz Müsəlmanları Ruhani İdarəsi ateist ölkənin vətəndaşları olan azərbaycanlılar arasında öz dayaqlarını mühafizə etməklə məşğul idi.

Ciddi nəzarət altında olan Şeyxülislamlıq postuna daha çox SSRİ-nin müsəlman ölkələri ilə münasibətlərdə vitrin kimi baxılırdı.

1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi.

Son.az modern.az-a istinadənmaraqlı şəkil təqdim edirik. Fotoda Qafqaz Müsəlmanları Ruhani İdarəsinə 1978-80-ci illərdə rəhbərlik etmiş Şeyxülislam Mirqəzənfər İbrahimov və o vaxt onun müavini işləyən, Təzəpir məscinin axundu Allahşükür Paşazadə əks olunub.

Qafqaz müsəlmanlarının XI Şeyxülislamı olan Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır.

Şeyxülislam Mirqəzənfər İbrahimovun çox maraqlı həyat yolu olub. Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olub. Gəncliyində daha çox dünyəvi elmlərə meyli ilə seçilən M.İbrahimov gənc yaşlarında bir müddət daxili işlər orqanlarında çalışıb. Daha sonra dünyəvi işlərdən uzaqlaşaraq, dini həyat tərzini seçib. Səkkizinci Şeyxülislam Əliağa Süleymanzadənin qəbuluna gələn M.İbrahimov onun yoxlamasından və imtahanlarından uğurla çıxaraq, bir müddət Quba məscidində axundluq edib. Sonralar isə Gəncə məscidinə axund göndərilib.


Xəbərə aid foto