Çoban işlədiyi fermanı taladı –


Digərləri 30 Sen 2018 20:22:00 332 0

Çoban işlədiyi fermanı taladı –

Beyləqan rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ötən il dekabrın 1-dən cari il sentyabrın 28-dək olan müddətdə Füzuli rayonunun Haramı düzü adlandırılan ərazidən Beyləqan rayon sakini Əsəd Novruzova məxsus fermadan 12 baş qoyun və 3 baş keçi oğurlanıb.

Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən həmyerlisi Vüqar Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.