Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada təmsil etməyə hazırdır (ÖZƏL)


Digərləri 30 Sen 2018 20:00:00 231 0

Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada təmsil etməyə hazırdır (ÖZƏL)

Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada "Udmurtiyada istehsal olunub" Ticarət Evi vasitəsi ilə təmsil etməyə hazırdır.

Bakı. Azad Həsənli - Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada "Udmurtiyada istehsal olunub" Ticarət Evi vasitəsi ilə təmsil etməyə hazırdır. Bu barədə Trend-ə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin bildirib. "Udmurtiyada istehsal olunub" Dövlət Ticarət Evi yarım il bundan əvvəl açılıb. Svinin sözlərinə görə, bu dövr ərzində Ticarət Evi yerli sahibkarlarla işləyib və onlara böyük vəsaitlər cəlb etməyə köməklik edib: "Biz Azərbaycan biznesinə Ticarət Evimiz vasitəsi ilə yardım təklif etməyə hazırıq. Bu eksklüziv təklifdir və biz onu bir neçə ölkəyə etmək istəyirik, Azərbaycan təklif etdiyimiz ilk ölkədir".