Qocalmaq qorxusu: Faydaları qorxularından çox olan mərhələ


Digərləri 30 Sen 2018 19:45:00 260 0

Qocalmaq qorxusu: Faydaları qorxularından çox olan mərhələ

Qocalmaq bir çox insan üçün qorxulu bir mərhələdir. Lakin yaşa dolmağın insana bir sakitlik gətirdiyi də hər kəsə məlumdur.

Hazırda dünyada 800 milyondan çox insan 60 yaşdan yuxarı, 100 yaşı olmuş insan isə 330 mindən çoxdur. Əvvəllər qocalığı fəlakət kimi qarşılayan bəşəriyyət üçün yeni araşdırmalar tamamilə başqa söz deyir.

Aparılan son araşdırmalara əsasən məlum olub ki, yaşlandıqca ustalaşan və təcrübə toplayan insanın immuniteti də qüvvətlənir. 40-70 arası insanlar qrip kimi yolxucu xəstəliklərə nadirən tutulurlar. Çünki illərlə formalaşan immun sistemi artıq bu tip xəstəliklərə hərçənd yoluxmur. Bu qəribə tendensiya 1918-ci ildə baş vermiş və 50 milyon insanın ölümünə səbəb olmuş qrip virusunda da, 2009-cu ildə yayılmış donuz qripi xəstəliyində müşahidə olunub. Bu xəstəliklər əsasən 20-40 yaşlar arası insanlara daha tez təsir etmişdi. 65 yaşdan yuxarı yaşı olan insanlar isə ümumiyyətlə bu xəstəliyə yoluxmamışdılar.

Allergiyada azalma: Yaş artdıqca insanda allergiya azalır. Çünki allergiyaya səbəb İmmunoglobülin E- dir. Bu da yaş ötdükcə insanda azalır. Uşaq vaxtı pik nöqtədə olan allergiya adətən insan 20 yaşında olanda azalmağa gedir. Daha sonra 30 yaşda yenidən kükrəyir və yaşlandıqca yoxa çıxmağa başlayır.