“Tesla”nın qurucusu istefa verir


Dünya 30 Sen 2018 19:12:00 231 0

“Tesla”nın qurucusu istefa verir

ABŞ-ın elektrik avtomobil şirkəti "Tesla"nın qurucusu Elon Mask istefa verəcək.

Son.az teleqraf.com-a istinadən bildirir ki, barəsində vergidən yayınma iddiası ilə istintaq başlanan Mask idarə heyəti sədrliyindən istefa verəcək və 40 milyon dollar cərimə ödəyəcək.

ABŞ-ın Qiymətli Kağızlar və Hesablar Komissiyasından verilən açıqlamaya görə o, 45 gün ərzində istefa verməlidir və 3 il ərzində şirkətin idarə heyətinin rəhbəri vəzifəsini icra edə bilməz.